Şrift:
Binəqədi rayonundakı futbol məktəbində yanğın baş verib
02.03.2019 [10:34] - Gündəm, Hadisə
Martın 2-də səhər saatlarında paytaxtın Binəqədi rayonunda futbol məktəbində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. İlkin məlumata görə, məktəbin idman zalının dam örtüyü yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 457 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed