Şrift:
“Traxtur” “Sepahan”ı şumladı
02.03.2019 [10:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu gün Təbrizin “Traxtur” komandası İsfahanın “Sepahan” komandasını səhənd stadionunda qəbul edib.

İran üzrə futbol klublarının super liqa yarışlarının 20-ci həftəsində keçirilən görüş Təbriz vaxtı ilə saat 16:00-da başlayıb. Oyun 2:0 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

“Traxtur”a qələbə qazandıran qollar 38-ci dəqiqədə Mehdi Mehdipur və 73-cü dəqiqədə (penalti) Antoni Stokes tərəfindən vurulub.

“Traxtur” tərəfdarları görüş zamanı milli şüarlar səsləndiriblər.
Bu xəbər oxucular tərəfindən 383 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed