Şrift:
Səhənd stadionunda “Qarabağ bizimdir” şüarı səsləndirildi və Azərbaycan bayrağı dalğalandırıldı – Təbrizdə / VİDEO
02.03.2019 [10:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran rejiminin işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanı Xocalı soyqırımının 27-ci ildönümündə Tehrana dəvət etməsi güney azərbaycanlıların kəskin etirazına səbəb olub.

Buna etiraz olaraq sosial şəbəkələrdə İran rejimi və Ermənistana qarşı etirazlar getdikcə genişlənir, şəhərlərdə isə N.Paşinyanın İrana rəsmi səfər etməsini pisləyən bannerlər nümayiş etdirilir.

Martın 1-də Təbrizin səhənd stadionunda Güney Azərbaycanın “Traxtur” və İsfahanın “Sepahan” futbol komandaları arasında keçirilən görüş zamanı da İran və Ermənistanın Azərbaycana qarşı məqsədyönlü tədbirlərinə cavab olaraq Dağlıq Qarabağa dəstək nümayiş etdirilib. Təxminən 50 min “Traxtur” tərəfdarı oyun boyu “Qarabağ bizimdir, bizim olacaq” şüarı səsləndirərək Azərbaycan torpaqlarının işğalçılardan azad olunacağına təkid ediblər.

Stadionda Azərbaycan Respublikasının üçrəngli bayrağı da dalğalandırılıb.

“Traxtur”-“Sepahan” oyunu 2:0 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.







Bu xəbər oxucular tərəfindən 568 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed