Şrift:
UEFA Çempionlar Liqası: "Portu" dörddəbir final mərhələsinə vəsiqə qazanan dördüncü komanda olub
07.03.2019 [09:41] - Gündəm, İdman
Martın 6-da UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin növbəti oyunu keçirilib.

Mərhələnin növbəti qarşılaşması Portuqaliyada oynanılıb. "Portu" doğma azarkeşlər önündə İtaliyanın "Roma" komandasını qəbul edib. Bu komandaların arasında ilk görüş "Roma"ın 2:1 hesablı qələbəsi ilə başa çatmışdı. Cavab qarşılaşması "Portu"nun eyni hesabla qələbəsi ilə başa çatdığı üçün qalibi müəyyən etmək üçün əlavə olunmuş dəqiqələr oynanılıb. Matçın 116-ci dəqiqəsində portuqaliyalılar qələbə topunu vuraraq iki oyunun nəticəsinə əsasən UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə vəsiqə qazanıb.
Bu xəbər oxucular tərəfindən 454 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed