Şrift:
Ermənilər türkləri təhqir etdilər
09.08.2012 [13:23] - Türk dünyası-Turan
Nyu Yorkda “soyqırım”a həsr edilən “Qırmızı it ulayır” adlı tamaşa nümayiş etdiriləcək

ABŞ-da yaşayan ermənilər bu dəfə də Nyu-Yorkda səhnələşdiriləcək tamaşa ilə “erməni soyqırımı” oyunu oynayır. Onlar sözügedən tamaşa ilə bir daha qondarma soyqrım iddiasını gündəmə gətirmək istəyirlər.

Bununla kifayətlənməyən ermənilərin hazırladığı tamaşada həm də Türkiyəyə yönəlik təhqir elementləri var. Tamaşanın “Qırmızı it ulayır” adlanması da elə bunu təsdiq edir.

Teleqraf.com-un “Anadolu” xəbər agentinə istinadən verdiyi məlumata görə, 1915-ci ildə Osmanlı ərazisində baş verdiyi iddia edilən “soyqırım”dan bəhs edən tamaşa sentyabrın 5-də və oktyabrın 14-də nümayiş olunacaq. Artıq tamaşanın biletləri satışa çıxarılıb.

Tamaşada Kiriakos adlı gənc atasının ölümündən sonra bir qutu içərisində gizlədilmiş məktubu oxuyur, yola çıxaraq keçmişini axtarmağa başlayır. O, ailəsinin əslində Rum deyil, Osmanlı ermənilərinə dayanan bir keçmişi olduğunu və bir çox erməni ailəsi kimi onların da Türklər tərəfindən soyqrıma məruz qaldığını öyrənir.

Ermənilərin hazırladığı tamaşa ilə bağlı fikirlərini açıqlayan Amerika Türk Dərnəkləri federasiyasının rəhbəri Əli Çınar onun sənət əsəri deyil, sadəcə qondarma erməni soyqırımının təbliğinə həsr olunan bir tamaşa olduğunu bildirib.
Bu xəbər oxucular tərəfindən 1418 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed