Şrift:
Kitab yazan partiya sədri
30.04.2019 [15:15] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Bəs siyasətçinin kitab yazması vacibdirmi? Digər siyasi partiya rəhbərlərindən kimin kitabı var? Kim kitab yazmağı düşünür?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də bir neçə kitabın müəllifi olduğunu bildirdi: “Hesab edirəm ki, siyasətçilər siyasi məsələlər, məqamlarla, ölkənin taleyi ilə bağlı əsərləri ortaya qoysa daha səmərəli olar. Mən həbsdə olanda ”Yeni dünya düzəni siyasətində Azərbaycanın yeri və rolu" kitabını yazmışam. Çox yaxşı qarşılandı. Bu kitab ABŞ-da o zaman prezidentin müşaviri olan Kondoliza Raysın dəstəyi ilə ingilis dilində çap olundu. Türkiyədə Dövlət Baxçalının dəstəyi ilə anadolu türkcəsində də çap olundu. Mən həbsdə olanda hətta o kitabın təqdimatı keçirildi. “Missiya” kitabını da yazdım, çap olundu. Ümumilikdə 5 kitab yazmışam. Memuar yazmaq isə məncə, tezdir. Köhnə hərəkatçılara isə müraciət edirəm ki, öz xatirələrini tarix üçün yazsınlar".
Bu xəbər oxucular tərəfindən 498 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed