Şrift:
Azərbaycanda təhsil alacaq qırğız tələbələrlə görüş keçirilib
11.08.2012 [15:05] - Gündəm, Türk dünyası-Turan
Azərbaycanın Qırğızıstandakı səfirliyində Azərbaycan Diplomatik Akademiyasına qəbul olunmuş qırğız tələbələrilə görüş keçirilib.
Səfirliyin mətbuat katibi İlkin Abbasəliyevin şənbə günü verdiyi məlumata görə, səfirliyin muşaviri İlqar Cabbarov qəbul olmuş abituriyentləri salamlayaraq onları Azərbaycan Diplomatik Akademiyasına qəbul olmaları münasibətilə təbrik edib və onlara təhsillərində uğurlar arzulayıb.
Sonra Cabbarov Azərbaycan Diplomatik Akademiyası haqqında, bu il tədris muəssəsində kecirilən tələbə qəbul barədə ətraflı məlumat verib.
Daha sonra müşavir Qırğız Respublikasının "OTRK" və "NTS" televiziya kanallarına bu qəbul barədə danışıb və qeyd edib ki, belə bir qəbul ödənişsiz əsaslarda Qırğızstanda ilk dəfə olaraq keçirilir. Müsabiqənin nəticəsində üc tələbə - Ümid Kıdırqıceva, Əziz Kubanıcbek, Akimbek Abduqafar Azərbaycan Diplomatik Akademiyasına qəbul olunub.
Öz növbəsində qəbul olmuş abituriyentlər müsahibələrində özləri və valideyinlərinin adından Azərbaycan dövlətinə yaradılmış şəraitə görə dərin minnatdarlıqlarını bildiriblər.
Görüşün sonunda səfirlik tərəfindən Azərbaycanla bağlı kitab, jurnallar və kiçik hədiyylər abuturiyentlərə hədiyyə olaraq təqdim edilib.
Bu xəbər oxucular tərəfindən 1277 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed