Şrift:
Bakıda Türkiyəyə həmrəylik aksiyası keçirilib
12.08.2012 [09:37] - Gündəm, Türk dünyası-Turan
Bakıda Türkiyədə baş verən terror aktlarına etiraz olaraq həmrəylik aksiyası keçirilib.
Öten gün Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyi qarşısında həmrəylik aksiyası keçirilib.
Aksiyanın keçirilməsində məqsəd son zamanlar qardaş Türkiyədə PKK terror təşkilatının həyata keçirdiyi terror aktlarını qınamaq olub.
Aksiya Mustafa Kamal Atatürkün abidəsini ziyarətlə başlayaraq daha sonra səfirliyin önünə doğru yürüş keçirilib. Yürüş içtirakçıları "Azərbaycan-Türkiyə!","Türkiyə səninlə qürur duyuruq!", "PKK-ya ölüm!", "PKK- erməni dostluğuna ölüm!" şüarları səsləndirilib.
Aksiyanın sonunda qətnamə qəbul edilib.
Bu xəbər oxucular tərəfindən 1243 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed