Şrift:
İranın Şərqi Azərbaycan əyalətində baş vermiş zəlzələdə 250 nəfər ölüb, 2 min nəfər yaralanıb
12.08.2012 [12:50] - Gündəm, Türk dünyası-Turan
İranın Şərqi Azərbaycan əyalətində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 250-ni, yaralıların sayı isə 2 min nəfəri keçib.
Fars xəbər agentliyinin verdiyi xəbərə görə, ölü və yaralı sayının daha da artması ilə bağlı narahatlıqlar var.
Zəlzələnin episentri olan Əhər, Vərzegan və Həris rayonlarında 110 kəndin tamamilə və ya qismət dağıldığı bildirilir.
Bölgəyə xilasedici dəstələr sövq edilib, ətraf şəhərlərdən də xiasedicilər və tibbi personal cəlb edilib.
Məlumata görə, son iki gündə bölgədə 2,5-4,7 bal arasında dəyişən 50-dən çox təkan qeydə alınıb. Buna görə də əhalinin evlərinə dönməməsi üçün çağırış edilib.
İran dövlət televiziyası daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın zəlzələ bölgəsinə getdiyini xəbər verib. Səhiyyə naziri Mərziyə Vahid Destkerdi isə Vərzegan rayonunda səyyar xəstəxana qurulduğunu bildirib.
Dünən İranın Şərqi Azərbaycan bölgəsində 6,2 və 6 bal gücündə bir neçə zəlzələ baş verib.
Zəlzələ Azərbaycan, Türkiyə və Ermənistanda da hiss edilib.
Bu xəbər oxucular tərəfindən 1269 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed