Şrift:
London Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları vətənə dönüblər
15.08.2012 [09:53] - Xəbərlər, İdman
Bu gün səhər XXX London Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları vətənə dönüblər.
İdmançıları Heydər Əliyev Beynəlxalq Hava Limanında ictimaiyyət, idman federasiyalarının nümayəndələri qarşılayıblar.
İdmançılar hava limanından ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət etməyə yollanacaqlar.
Qeyd edək ki, Azərbaycan XXX London Yay Olimpiya Oyunlarında idmanın 16 növündə 53 idmançı ilə təmsil olunurdu. Azərbaycan Olimpiya Oyunlarında 2-si qızıl, 2-si gümüş və 6-sı bürünc olmaqla 10 medal qazanıb.
Sərbəst güləşçilərimiz Toğrul Əsgərov, Şərif Şərifov Olimpiya çempionu adını qazanıblar, Xetaq Qazyumov bürünc medala layiq görülüb. Yunan-Roma güləşi üzrə yarışlarda Rövşən Bayramov ikinci yeri tutub, Emin Əhmədov isə bürünc medal qazanıb. Qadınlar arasında güləşçimiz Mariya Stadnik olimpiadanın gümüş medalına sahib olub, Yuliya Ratkeviç isə üçüncü yeri tutub.
Boksçularımız Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov bürünc mükafatlara layiq görülüblər. Azərbaycanın ağır atleti Valentin Xristov da bürünc medal qazanıb.
Bu xəbər oxucular tərəfindən 1261 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed