Şrift:
Əbülfəz Şeydabəyov Azərbaycanı Türk Dünyası Tələbə Birliyində təmsil edəcək.!
17.08.2012 [23:41] - Gündəm, Türk dünyası-Turan
Türk Dünyası Tələbə Birliyinin Azərbaycan Respublikası Kordinatorluğuna Əbülfəz Şeydabəyov seçilib.


Türk Dünyası Universitetləri Tələbə Şuraları Sədrlər toplantı görüşü ilk dəfə 27-28 Fevral 2009 tarixləri arasında Qırgızıstan – Türkiyyə Manas Universiteti 2008 – 2009 Tələbə Birliyinin idarəçiliyi dönəmində Qırgızıstan Respublikasının paytaxtı Bişkekdə təşkil edilmişdir.
Toplantı Türkiyyə Cümhuriyyətindən T.C Yükseköğretim Kurumları Milli Tələbə Şurası İdarə Heyətinin federasiyasına daxil olan Türkiyyə Cümhuriyyətindən iyirmi dörd universitet şura sədrləri , Qırgızıstan Respubliksından səkkiz universitet Tələbə Şura sədrləri, Qazaxıstan Respublikasından Hoca Ahmet Yesevi Beynəlxalq Türk – Qazax Universiteti Tələbə şurası sədri ve sədr müavininin iştirakı ilə təşkil edilmişdir.
Qeyd etdiyimiz bu görüşdə Türk Dünyası Universitetləri ilə kordinasiya şurası,idarə heyəti yaradılmış və vahid sekretarlıq təşkil olunmuşdur.
Yaradılan vahid sekretarlıq indiki Türk Dünyası Tələbə Dərnəyi yolunda atılan ilk addım olmuştur.
Məqsədi ortaq tarix, mədəniyyət ve kök bağlar kimi bir-birinə bağlı olan Türk Respublikaların ve qohum xalqların gənclərini tarixlərindəki aydınlıq işığın yol göstəriciliyi ilə tək hədəf altında birləşdirməkdir.
Türk dilli Respublikalar ve Türk dilli Muxtar Respublikalarda yaşayan gənclərimizin birliyini, ortaq anlayışlarını ve işbirliklərini inkişaf etdirmələrində vasitəçilikək etmək, köməklik göstərməkdir. Milli ve mənəvi dəyərlərimizə, tarixi ve kimlik şüurumuza sahib çıxmaq, keçmişimizdən aldığımız üstün mədəniyyət mirasımızı gələceyin ən yüksək zirvəsinə daşımaqdır.
Türk Dünyası Tələbə birliyinin Türk dilli Respublikalarının və Muxtar vilayətlərdən olan dövlət rəsmilərinin, yerli mediaların və ən fəal gənclər təşkilatlarının qatılımı ilə üç mühüm görüşü olmuşdur. Bunlardan I görüş Qırğızıstan Respublikasında (2010) , II görüş Qazaxıstan Respublikasında, III görüş Türkiyyə Cümhuriyyətində (2012) təşkil olunmuşdur.
Birliyin mərkəz qərərgahları Bişkek və Ankara şəhərlərində yerləşir.
Qeyd edək ki, Əbülfəz Şeydabəyov Şimali Kipr Beynəlxalq Əlaqələr fakültəsinin məzunudur.
Bu xəbər oxucular tərəfindən 1403 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed