Şrift:
Əməkdar artist Tünzalə Ağayevdan Güney Azərbaycana dəstək
22.08.2012 [16:27] - Gündəm, Mədəniyyət
Güney Azərbaycanda baş vermiş zəlzələ zamanı əziyyət çəkən insanlara dəstək məqsədiylə xeyriyyə konserti təşkil ediləcək.

Konsert əməkdar artist Tünzalə Ağayevanın çıxışı ilə baş tutacaq. Bu barədə Publika.Az-a müğənninin prodüseri Yalçın Cabbarov məlumat verib. O, bildirib ki, xeyriyyə konserti avqustun 27-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

“Avrasiya” İctimai Birliyinin təşəbbüsü ilə əməkdar artist fərqli solo-konsert proqramıyla çıxış edəcək. Konsert zamanı düşüncəli, təsirli musiqilər səslənəcək. Xeyriyyə konsertində toplanılan pul Güney Azərbaycan ərazisində zəlzələ zamanı əziyyət çəkən qardaş-bacılarmıza “Qızıl Aypara” cəmiyyətinin vasitəsiylə göndəriləcək”.

Prodüser onu da qeyd edib ki, konsert zamanı müğənni Əbdül Xalidin də çıxışı olacaq.

Saat 19:00-da başlanacaq konsertə giriş dəvətnamə ilə olacaq.
Bu xəbər oxucular tərəfindən 1374 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed