Şrift:
Azadlıq maskası taxan güney azərbaycanlı fəallar siyasi məhbusların sərbəst buraxılmasını tələb edib
23.07.2019 [10:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan şəhərlərində milli-mədəni fəallara qarşı təzyiqlərin azaldılması və həbs olunan fəalların azadlığa buraxılmasını tələb edənlərin sayı gün keçdikcə artır.

Son məlumata görə, bu istiqamətdə Ərdəbil şəhərində etiraz yığıncağı keçirilib. Şəhərin meydanlarının birində toplaşan fəallar İran zindanlarında məhbus həyatı yaşayan milli-mədəni fəalların görüntüsünü əks etdirən maska taxaraq onların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib. Onlar fars və ingilis dilində “Azərbaycanın siyasi məhbuslarını azad edin” yazılmış banner də nümayiş etdirib.

Fəalların maskadan istifadə etməsi şübhəsiz ki, rəmzi məna daşıyır. Etirazçılar bu vasitə ilə siyasi məhbusların azadlığını tələb etməklə yanaşı onların ideya və mübarizə yollarının davam edəcəyini vurğulamaq istəyib.

Güney azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqlər bir ildir ki, yeni vüsət alıb. Bu müddətdə çox sayda fəal təhlükəsizlik orqanlarına çağırılıb, saxlanılıb və məhkəmə qarşısına çıxarılaraq ağır həbs hökmü ilə üzləşib.
Bu xəbər oxucular tərəfindən 292 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed