Şrift:
“Azercell”dən yeni 4G MiFi kampaniyası
03.08.2019 [11:59] - Gündəm, Bildiriş
Lider mobil operatordan 4G MiFi cihazı alana limitsiz internet və Mobil TV hədiyyə

Rəqəmsallığı gündəlik iş proseslərində və düşüncə tərzində əks etdirən “Azercell Telekom” bu yeni konsepsiyadan irəli gələrək abunəçiləri üçün müasir texnologiyanı daha əlçatan edir. Şirkətin elan etdiyi yeni kampaniyası çərçivəsində abunəçilərə həm 4G MiFi cihaz, həm də limitsiz internet paketi ilə birlikdə 200 TV kanala pulsuz çıxış imkanı təqdim olunur.

Kampaniyaya qoşulan abunəçilərə cəmi 99 AZN müqabilində yeni 4G MiFi cihazı ilə yanaşı, 1 ay pulsuz limitsiz internet və 1 ay ərzində “Telekom TV”yə pulsuz abunəlik təqdim olunur. Bu təklif abunəçilərə həm yüksək sürətli internetdən dayanmadan istifadə etmək, həm istədikləri TV verilişləri, film və videoları doyunca izləmək imkanı verir.

Qeyd edək ki, 4G MiFi cihazından istifadə edərək eyni anda 10 istifadəçi 150 mb/s-dək internet sürətindən yararlana bilər. Mobil TV xidmətindən pulsuz faydalanmaq üçün “App Store” və ya “Google Play”dən “Telekom TV” adlı mobil tətbiq yükləmək kifayətdir.

Yeni 4G MiFi kampaniyasına qoşulmaq üçün abunəçilər “Azercell”in istənilən satış nöqtəsinə müraciət edə bilər.

“Azercell Telekom” abunəçilərini bu sərfəli paketə qoşulub rəqəmsal dünyanın yeni imkanlarından zövq almağa dəvət edir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.
Bu xəbər oxucular tərəfindən 27 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed