Şrift:
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16.08.2019 [10:39] - Xəbərlər, Sosial
Beynəlxalq Mülki Aviasiya Təşkilatının qəbul etdiyi qərara əsasən, avqustun 15-dən etibarən Naxçıvan Muxtar Respublikasının Türkiyə üzərindən birbaşa hava dəhlizi açılıb.

Naxçıvan Beynəlxalq Hava Limanının mətbuat xidmətindən bildirilib ki, artıq Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir.

Yeni hava dəhlizinin açılması muxtar respublika üçün bir çox cəhətdən əhəmiyyətlidir. İlk növbədə, Naxçıvan Muxtar Respublikasının bu hava dəhlizi vasitəsilə Türkiyə üzərindən beynəlxalq dəhlizlərə çıxışı təmin ediləcək. Digər tərəfdən isə beynəlxalq reyslər həyata keçirilərkən vaxta və yanacağa qənaət olunacaq. Bütün bunlarla yanaşı, Türkiyə üzərindən hava dəhlizinin açılması gələcəkdə yeni beynəlxalq reyslərin reallaşmasına və Naxçıvan Muxtar Respublikasının turizm imkanlarının daha da genişlənməsinə töhfə verəcək.
Bu xəbər oxucular tərəfindən 409 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed