Şrift:
M.Ə.Sabirin “Hophopnamə” kitabının audio versiyası hazırlanıb
12.11.2019 [11:33] - Mədəniyyət
Azərbaycanda ilk dəfə görkəmli şair M.Ə.Sabirin “Hophopnamə” kitabının audio versiyası hazırlanıb. Layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Mirzə Ələkbər Sabir Fondu tərəfindən həyata keçirilib. Audio kitabın hazırlanmasında Bakı Dövlət Universitetinin SABAH qrupu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Humanitar Kolleci, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası və digər təhsil ocaqlarının bakalavr və magistrləri, ASAN xidmət könüllüləri, eləcə də fiziki məhdudiyyətli gənclər yaxından iştirak ediblər. Bu münasibətlə AMEA Mərkəzi Elmi Kitabxanasında ictimaiyyətə və mətbuata təqdimat tədbiri təşkil olunub. Tədbirdə ziyalılar, ictimai fəallar, tələbələr, müəllimlər, müxtəlif peşə sahibləri, yaşından asılı olmayaraq sabirsevərlər və s. iştirak ediblər.
Tədbirdə layihənin rəhbəri və Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli çıxış edərək mütaliənin sosial dəyəri olan insanın yüksək mənəvi keyfiyyətlərinin formalaşmasında mühüm amil olduğunu və müasir insanın daha çox electron bazalardan yararlanma marağına köklənən yeni həyat şərtlərinin audio kitabların daha çox olmasını diktə etməsi barədə söz açdı.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed