Şrift:
Avropa Parlamentinin son qərarı ilə bağlı Azərbaycan partiyaları toplandı.
14.09.2012 [17:27] - Siyasət
Tədbirdə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Millət Vəkili Fərəc Quliyev və digər müxalifət partiyalarının rəhbərləri də iştirak edib.

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında ölkədə fəaliyyət göstərən siyasi partiyaların iştirakı ilə Avropa Parlamentinin Ramil Səfərovla bağlı qəbul etdiyi qətnamə ilə bağlı müzakirələr başlayıb.

Tədbirdə YAP sədr müavini Əli Əhmədov, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, Milli İstiqlal Partiyasının baş katibi Arzuxan Əlizadə, Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Böyük Quruluş Partiyası Ali Məclisinin sədri Əjdər Əliyev, Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov, Müsavat başqanın müavini Gülağa Aslanlı, BAXCP sədri Qüdrət Həsənquliyev, AXCP sədrinin müavini Razi Nurullayev və digər şəxslər iştirak edir.
Bu xəbər oxucular tərəfindən 1233 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed