Şrift:
Taekvondo üzrə Azərbaycan çempionatına yekun vurulub
29.12.2019 [21:33] - İdman
Azərbaycan Taekvondo Federasiyasının, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən taekvondo üzrə respublika birinciliyi və çempionatına yekun vurulub. Ölkəmizdə taekvondonun təbliği və inkişaf etdirilməsi, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyan birincilik və çempionatda bütün bölgələrdən idmançılar mübarizə aparıblar.
Kişilərin yarışında Bəhruz Quluzadə, Qaşım Maqomedov, Qasım Aslanov, Cavad Ağayev, Ayxan Tağızadə, Məhəmməd Məmmədov və Ramin Əzizov, qadınların mübarizəsində isə Minayə Əkbərova, Patimat Abakarova, Leyla Məmmədova və Fəridə Əzizova birinci yerə çıxıblar. Medalların sayına görə komandalar arasında fəxri kürsünün ilk pilləsinə “Gömrükçü” İdman Klubu yüksəlib. Sumqayıt komandası ikinci, “Marrin-Sport” üçüncü, “Neftçi” İdman Cəmiyyəti dördüncü, Respublika Uşaq-Gənclər İdman Məktəbi isə beşinci yerə layiq görülüb. Ümumilikdə 760-dək yeniyetmə, gənc və böyük yaşlı taekvondoçunun iştirak etdiyi yarışlarda qaliblər diplom və medallarla təltif olunublar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 100 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed