Şrift:
Azərbaycan məktəbinin yerində idman meydançasının tikilməsi etirazlara səbəb oldu
15.01.2020 [07:23] - Borçalı
Marneuli rayonunun Sabirkənd kəndində yerləşən 2 saylı 9 illik ictimai məktəbin yerində idman meydançasının tikintisinə başlanılıb. Bu halın baş verməsi isə kənd sakinləri arasında böyük narazılıq yaradıb və birmənalı qarşılanmayıb. Kənd sakinləri bildiriblər ki, qəzalı və yararsız vəziyyətdə olan təhsil müəssisəsinin sökülərək yerində yeni məktəb binasının inşa olunacağı gözlənilirdi. Azərbaycandilli məktəbin yerində idman meydançasının salınması isə yerli sakinlər üçün gözlənilməz olub. Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri Kənan Ömərov məsələ ilə bağlı “Report”a açıqlamasında deyib ki, Sabirkənd 2 saylı məktəb 10 ildir fəaliyyət göstərmir: “Həmin məktəb qəzalı vəziyyətdə olduğundan 2010-cu ildə Gürcüstanın Təhsil və Elm Nazirliyinin müvafiq qərarı ilə Sabirkənd 1 saylı məktəbə birləşdirilib”.
Onun sözlərinə görə, məktəb binasının yerində stadion tikintisini yerli idarəetmə orqanı həyata keçirir və yararsız tikili demontaj olunacaq. K.Ömərov əlavə edib ki, Sabirkənd 1 saylı məktəb də qəzalı vəziyyətdə olduğundan onun yerində yeni bina tikiləcək: “Artıq layihə təsdiqlənib və bu il ərzində tikinti işlərinə başlanılacaq. Sabirkənd məktəbinin şagirdləri iki ilə yaxındır Algeti kənd məktəbinin ikinci növbəsində təhsil alırlar”.
Sözügedən hadisəyə özünün "Facebook" hesabı üzərindən müxalif "Avropalı Gürcüstan" partiyasının Marneuli nümayəndəsi və bələdiyyə məclisinin üzvü Əhməd İmamquliyevdə münasibət bildirib. O qeyd edib ki, bizə idman da lazımdır amma o futbol meydançasını Sabirkəndin 2 mərtəbəli məktəbinin ərazisinə daxil edə bilərdilər həmçinin həmin sahə yeni məktəbə eləcə də idman meydançasının tikilməsinə yetərlidir (red). Məsələ ilə bağlı millət vəkili Ruslan Hacıyevi, Azər Süleymanovu, Mahir Dərziyevi eləcə də Marneuli meri Zaur Darğallını sərt tənqid edib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 610 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed