Şrift:
Əhmədinejat: “İran Ermənistanla münasibətlərin möhkəmlənməsində maraqlıdır”
18.09.2011 [11:31] - Xəbərlər
“İran dost Ermənistanla münasibətlərin daha da möhkəmlənməsində maraqlıdır”. Bunu İran prezidenti Mahmud Əhmənidejat Tehranda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdə deyib. Ermənistan XİN-in mətbuat xidmətinin məlumatına görə, Edvard Nalbandyan Ermənistan prezidenti Serj Sarkisyanın məktubunu Mahmud Əhmədinejata çatdırıb.

Görüşdə tərəflər iki ölkə arasındakı əməkdaşlıqın səviyyəsindən razılıq ifadə ediblər. Mahmud Əhməninejat və Edvard Nalbandyan qarşılıqlı səfərlərin, yüksək səviyyəli siyasi dialoqun, iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini də vurğulayıblar. İran və Ermənistan arasında birgə iqtisadi proqramların gedişi də müzakirə edilib.

Ermənistanın xarici işlər naziri iranlı həmkarı Əli Əkbər Salehi ilə də görüşüb. İranlı nazir bəyan edib ki, Ermənistanla dostluq münasibətləri gündən-günə daha da dərinləşir.

Edvard Nalbandyan isə deyib ki, Ermənistan və İran arasında heç bir problem yoxdur. “Yalnız texniki məsələlər var və onlar ümumi səylərimizlə həll edilir”, - Ermənistanın XİN rəhbəri bildirib.

Görüşdə Ermənistan və İran arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü ilə əlaqədar tədbirlərin keçirilməsi barədə razılıq əldə edilib.

Edvard Nalbandyan bildirib ki, Ermənistan bölgədə uzunmüddətli sülhə və sabitliyin bərqərar olmasının, problemlərin yalnız danışıqlar və dialoq yolu ilə həllinə tərəfdarlır. O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların gedişi barədə məlumat verib və İranın bu məsələdə balanslı siysətinin vacibliyini qeyd edib.
Bu xəbər oxucular tərəfindən 1296 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed