Şrift:
Çingiz xan haqqında möhtəşəm əsər Azərbaycan türkcəsində.
20.09.2012 [12:17] - Mədəniyyət
"Qanun" nəşriyyatı "Görkəmli insanların həyatı" silsiləsindən ingilis yazıçısı Con Menin "Çingiz xan" əsərini nəşr edib. Bu barədə nəşriyyatın direktoru Şahbaz Xuduoğlu sosial şəbəkədəki profilində məlumat yayıb.

Qeyd edək ki, "Çingiz xan" əsəri sənədli roman janrındadır və müəllifin araşdırmalarının, müşahidələrinin, eləcə də arxiv materaillarının əsasında, onun tarixi hadisələrə analitik yanaşması ilə qələmə alınııb.

Kitabı Azərbaycan dilinə Xalid Kazımlı tərcümə edib.

"Qanun" nəşriyyatından bildirilir ki, artıq "Çingiz xan" əsərini şəhərin kitab mağazalarından əldə etmək olar.
Bu xəbər oxucular tərəfindən 3435 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed