Şrift:
Azərbaycan şahmatçısı Misrəddin İsgəndərov “Caspian Cup” festivalının qalibi olub
20.02.2020 [09:36] - İdman
İranın Rəşt şəhərində keçirilən və Azərbaycan şahmatçılarının da qatıldıqları 18-ci “Caspian Cup” festivalı fevralın 19-da başa çatıb. Festivalın A (masters) turnirində mübarizə aparan şahmatçılarımızdan Misrəddin İsgəndərov parlaq nəticə göstərərək turnirin qalibi olub. Şahmatçımız 9 turdan 8 xal toplayıb. İkinci yerdə 7,5 xalla İran təmsilçisi Araş Tahbaz qərarlaşıb. Üçüncü yeri isə 7 xalla Ermənistan şahmatçısı Gevorq Harutyunyan tutub.
Digər şahmatçılarımızdan Vüqar Rəsulov və Azər Mirzəyev də turniri 7 xalla başa vurublar. Onlar əlavə göstəricilərə görə, altıncı və yeddinci yerlərdə qərarlaşıblar.
Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 335 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed