Şrift:
Diaspora təşkilatları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal iş aparırlar – Qafar Əliyev
26.09.2012 [10:07] - Diaspor
Prezident İlham Əliyevin diplomatlar qarşısında çıxışı zamanı söylədiyi fikirlər diaspora quruculuğu üçün vacib əhəmiyyət daşıyır.

Bunu Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Qafar Əliyev bildirib.

O söyləyib ki, prezidentin verdiyi tapşırıqlar sırasına diaspora quruculuğu işinin daha da genişləndirilməsi və gücləndirilməsi məsələsi də var. Ötən illərdə digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində uğurlar olub.

Q.Əliyev deyib: “Müstəqillik əldə etdikdən sonra formalaşmağa başlayan Azərbaycan diasporu indi özünəməxsus inkişaf yolu keçir. Azərbaycan prezidentinin verdiyi tapşırıqlar bizim üzərimizə böyük məsuliyyət qoyur. Biz çalışacağıq ki, həmin tapşırıqların icrasını layiqincə həyata keçirək”.

Onun fikrincə, hazırda Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılması işində diaspora işinin böyük əhəmiyyəti var. Diaspora təşkilatları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal iş aparırlar.
Bu xəbər oxucular tərəfindən 1824 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed