Şrift:
Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
26.02.2020 [12:32] - İqtisadiyyat
Hesablama Palatasının növbəti kollegiya iclasında həyata keçirilmiş bir sıra nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə edilib. Palatanın mətbuat xidmətindən bildirilib ki, hesabatlar dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan “Azərsu” ASC-yə ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri üzrə qəbul edilmiş 2019-cu il 30 oktyabr tarixli kollegiya qərarının icra vəziyyətinin monitorinqinin nəticələri, “Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə ayrılan büdcə vəsaitinin icrası üzrə maliyyə və uyğunluq auditinin nəticələri, Dünya Bankından kreditlər cəlb edilməklə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən həyata keçirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri-II” Layihəsi üzrə səmərəlilik auditinin nəticələri haqqında məsələləri əhatə edib. İclasda monitorinqin və audit tədbirlərinin nəticələri haqqında auditor hesabatları müzakirə edilib və müvafiq qərarlar qəbul olunub. İclasda, həmçinin Hesablama Palatasının 2020-ci il üçün iş planı üzrə kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiqlənib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 322 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed