Şrift:
Digər ölkələrdə qeyri-adi dad kimi qəbul edilən 10 tanış ərzaq növü
12.03.2020 [09:15] - Gündəm
Dünyanı səyahət edərkən mağazaların piştaxtaları üzərində yerli əhalinin məişət və qastronomiya mədəniyyəti baxımından dadı kardinal dəyişiklərə məruz qalmış çoxlu sayda tanıdığımız ərzaq növlərinə rast gəlirik. Yaponiyada pendir və kartof dadı verən sevdiyimiz şokolada, Böyük Britaniyada isə tərkibində yorkşir və ya pael pudinqləri olan çipsilərə rast gəlmək olar.

AdMe.ru- hər birimizə tanış olan ərzaq növlərinin dadını müəyyən etmək üçün xarici mağazalardakı ərzaq çeşidlərinə nəzər salır.

1. KitKat

KitKat şokolad batonları Yaponiyada inanılmaz dərəcədə populyardır. Bu şokolad növünün gündoğan Ölkədəki çeşidləri ən həssas şirniyyat həvəskarını belə laqeyd buraxmır. Yerli mağazalarda pendir, şirin kartof, vasabi, qırmızı paxla, qızardılmış qarğıdalı, nanəli sakura çayı, südlü kral çayı, kola və limonlu soda dadı verən KitKatlar satırlar.

2. Lay’s

Lay’s marketoloqları alıcıların marağını hər bir ölkə üçün fərdi baxımdan nəzərə alaraq satışa öz çipsilərinin ən orijinal variantlarını çıxarırlar. Məsələn, Böyük Britaniyada yokşir pudinqi, toyuqlu ispan paeli, şotland haqqisi (doğranmış soğanla qoyun içalatından hazırlanan yemək) dadı verən çipsilər tapmaq olar. Yunanıstanda dzadziki sousu ilə hazırlanan və ya qiros dadı verən snek, ABŞ-da bulka dadı verən şirəli, yaxud toyuq və vafli ilə olan çipsiləri asanlıqla tapıb, sonra da gümrahlıq üçün kapuçino ilə çipsini dadmaq olar. Vyetnamda satışda nori yosunlu çipsilər, Çində çiçəklənən albalı, Tailandda isə bal yağı dadı verən çipsilər var.

3. Pringles

Üstünə bığlı çörəkçi Culius Prinqin şəkli vurulmuş hündür silindrik bankalarda satılan cürbəcür dadı olan buğda-kartof çipsilərini dünyanın müxtəlif ölkələrində tapmaq olar. Məsələn, qaragilə və fındıqlı kartof çipsiləri Asiyada, şirniyyat seriyasından olan çipsilər - pekan piroqlu və ağ şokoladlı çipsilər isə ABŞ alıcıları arasında populyardır. Cənubi Koreyada spagetti, yağlı karamel dadlı populyar snek, Tayvanda duzlanmış yumurtalı, İndoneziyada çizburqlu, Kanadada vasabli, Yaponiyada isə yağ və soya sousu ilə olan dəniz pipikli çipsilərə rast gəlmək mümkündür.

4. Pepsi

Yaponiyada baobab, xiyar, həmçinin də çiyələk və qaymaq ətirli çəhrayı qazlı pepsi dünyanın heç bir yerində olmayan qədər populyardır. Fransada isə hətta şabalıd dadı verə sodalı pepsi tapmaq olur.

5. Coca-Cola
Yeni Zelandiyada bu qazlı suyun moruq və sitrus, Yaponiyada alma, Böyük Britaniyada portağal meyvələrinin dadını verən növlərinə daha çox üstünlük verirlər.

6. Sprite

Bu populyar sodalı sudakı ənənəvi Laym və limon dadı dəyişikliyə məruz qalmayıb, amma o öz ilkin rəngini əvvəlcə Cənubi Koreyada göyə rəngə dəyişib və bu variant sonradan Asiya və Avropa əhalisinin sevgisini qazanıb. Amma orijinal “odlu” zəncəfil dadı verən bu qazlı su hələlik yalnız Çin mağazalarında satılır.

7. Fanta

Bir dəfə Yaponiyada limitli seriyadan olan turşaşirin çiyələk dadı verən yüngül süd ətirli “qarlı” suyu satışa buraxıblar.

8. Schweppes

İngiltərədə və digər ölkələrdə Schweppes brendi altında hətta şirələr, məsələn, tomat miksi, həmçinin ağ üzüm, portağal və gilas dadı verən qazlı su istehsal edirlər.

9. Oreo

Oreo peçenyesi ABŞ-da ən çox satılan populyar biskvit məhsuludur. Burda balqabaq, nanə, yerfındığı yağı və hətta sarıkök tortu dadı verən ləziz şirniyyata da rast gəlmək mümkündür.

10. Heinz

Ketunez ilə bu gün heç kimi təəccübləndirmək mümkün deyil. Amma ABŞ-da istənilən mağazada Heinz brendi ilə olan mayonez və xardal dadı verən miksilərini, həmçinin mayonez və barbekü sousunu tapmaq olar.

Dr. Pepper

Bəzən alkoqolsuz içkilər o qədər populyarlaşır ki, marketoloqlar xüsusi olaraq tam gözlənilməz məhsullar buraxır. Məsələn, Böyük Britaniyada barbekü sousu üçün nəzərdə tutulan əfsanəvi Dr. Pepper qazlı suyunu asanlıqla əldə etmək olar.
Bu xəbər oxucular tərəfindən 238 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed