Şrift:
İranda daha bir vəzifəli “ayətullah” koronavirusdan ölüb
16.03.2020 [12:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Üləma Mclisinin üzvü, Golpayeqan şəhərinin keçmiş imam cüməsi “ayətullah” Seyid Haşım Bəthayi korona virusdan ölüb.

İranın hökumət saytlarının yaydığı xəbərə əsasən, “Covid-19” virusuna yoluxduğu üçün iki gündən bəri həkimlərin nəzarəti altında müalicə alan axund, martın15-dən 16-sına keçən gecə Qumun “Şəhid Beheşti” xəstəxanasının reanimasiya şöbəsində keçinib.

“Ayətullah”ın virusa nə vaxt və necə yoluxduğu barədə hər hansı bir məlumat yayılmayıb.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin martın 15-də koronavirusun qurbanlarının sayı ilə bağlı yaydığı son statistikasına əsasən, dünənə qədər İranda koronavirusa yoluxanların sayı 13938 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 724 nəfərə çatıb.
Bu xəbər oxucular tərəfindən 244 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed