Şrift:
İraqın şimalında və Suriyada 13 terrorçu zərərsizləşdirilib
26.03.2020 [16:39] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyə hərbçilərinin Suriya ərazisində “Fırat qalxanı” antiterror əməliyyatları keçirildiyi bölgədə PKK/YPG terror təşkilatlarının 5 üzvü məhv edilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. İraqın şimalındakı Haftanin bölgəsində isə 8 PKK mənsubu zərərsizləşdirilib. Bu əməliyyat bölgədə iki türk hərbçisinin həlak olması ilə nəticələnən terrorçuların top atəşi atdıqları nöqtələrin susdurulması məqsədilə keçirilib.

Türkiyənin təhlükəsizlik qüvvələri İraqın şimalında və Suriya ərazisində olduğu kimi ölkə daxilində də antiterror əməliyyatlarını davam etdirir.
Bu xəbər oxucular tərəfindən 491 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed