Şrift:
Bu gün Tacikistan parlamentinin yuxarı palatası-Məclisi Milliyə seçkilər keçirilir
27.03.2020 [10:29] - Xəbərlər, Türk dünyası-Turan
Bu gün Tacikistan parlamentinin yuxarı palatası-Məclisi Milliyə seçkilər keçirilir.

Məclisi Millidə 33 deputat təmsil olunur. Bunların da 25-i vilayət və şəhər məclislərinin iclaslarında gizli səsvermə yolu ilə seçilir, 8 deputatı isə Prezident təyin edir. Məclisi Milliyə 35 yaşı tamam olan Tacikistan vətəndaşları seçilirlər.

Martın 1-də isə Tacikistan parlamentinin aşağı palatası-Məclisi Aliyə seçkilər keçirilib. Məclisi Ali 63 deputatdan formalaşır.
Bu xəbər oxucular tərəfindən 481 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed