Şrift:
Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 190-a çatıb
02.04.2020 [11:40] - Xəbərlər, Türk dünyası-Turan
Son 24 saat ərzində Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 190-a çatıb, dünən bu rəqəm 172 idi.

Özbəkistan Səhiyyə Nazirliyi xəbər verir ki, indiyədək koronavirusdan 12 xəstə sağalıb, 2 nəfər ölüb. Virusa yoluxanların 22-nə pnevmoniya diaqnozu qoyulub, 10 xəstənin vəziyyəti yaxşılaşır.

Nazirlikdən bildiriblər ki, artıq ölkədə koronavirusla bağlı 22,1 min test həyata keçirilib, əhalini kütləvi olaraq test etmək məqsədəuyğun deyil.
Xatırladırıq ki, ölkədə xəstəxana və ev şəraitində karantində 90 min nəfər var.
Bu xəbər oxucular tərəfindən 456 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed