Şrift:
İran rəsmisi: Tehran əhalisinin 51 faizi koronavirusa yoluxa biləcəklərindən nigarandır”
17.04.2020 [13:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehran əyalətində Koronavirusla Mübarizə Qərargahının əməliyyat üzrə komandanı Əlirza Zali aprelin 16-da “Covid-19” infeksiyası ilə bağlı paytaxt sakinləri arasında keçirdikləri sorğunun nəticəsindən danışıb.



Əlirza Zali deyib ki, paytaxt əhalisi arasında keçirilən sorğunun nəticəsi, əhalinin koronavirusla bağlı baxış tərzində dəyişiklik əmələ gəldiyni göstərir: “Son günlər Tehran sakinləri arasında keçirilən sorğunun nəticələri göstərir ki, paytaxt əhalisinin 51 faizi özlərinin və ya ailə üzvlərindən birinin koronavirusa yoluxa biləcəyindən nigarandır.



Həmçinin Tehran əhalisinin 60 faizi də koronavirusun ciddi və təhlükəli vir infeksiya olduğunu düşünürlər. Bu isə onu göstərir ki, vətəndaşlar arasında “Covid-19” infeksiyası və onun ciddiliyi barədə aparılan maarifləndirmə işləri müsbət nəticə verib və artıq ölkə vətəndaşlarının koronavirusa olan baxış və yanaşma tərzində dəyişiklik əmələ gəlib” -deyə, Tehran əyalətində Koronavirusla Mübarizə Qərargahının əməliyyat üzrə komandanı Əlirza Zali əlavə edib.



Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 16-da mediaya açıqlamasında ölkədə son bir sutka ərzində koronavirus qurbanlarının yeni statistikasını yayıb.
Bu xəbər oxucular tərəfindən 422 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed