Şrift:
Ermənilərin böyük böhtanı
12.10.2012 [11:29] - Hadisə
İşğalçı rejim Xankəndidə beynəlxalq naviqasiya təchizatçısını aldadıbmış

Əgər yalan danışmaq üzrə Nobel mükafatı verilsəydi, hamıdan birinci bu “şərəfə” Xankəndidə yaşayan və özünü hansısa oyuncaq rejimin Mülki Aviasiya İdarəsinin rəisi kimi təqdim edən Dmitri Atbaşyan layiq görülərdi. Adam iddia edir ki, ermənilən 2010-cu ildə xərc çəkərək “TALYES” şirkətindən DVOR/DME naviqasiya avadanlığı alaraq Xankədidə quraşdırıblar ki, Azərbaycan təyyarələrinə xidmət etsinlər. Özü də pulsuz və parasız…

Atbaşyan iddia edir ki, həmin avadanlıq Ermənistanın üzərindən uçan xarici təyyarələrə, o cümlədən Dağlıq Qarabağ ərazisinin yanından keçən Azərbaycan təyyarələrinə xidmət edir. Sən demə, Dağlıq Qarabağda 90 min erməni əsilli Azərbaycan vətəndaşını əsirlikdə saxlayan rejim Azərbaycanı o qədər sevirmiş ki, hətta onun təyarələrin pulsuz xidmət göstərirmiş… Gülməli çıxır, deyilmi? Bu iddia o qədər gülməlidir ki, hətta ANS məsələ ilə maraqlandıqda Azərbaycan Mülki Avasiya İdarəsində və Azərbaycan Aeronaviqasiya Hava Hərəkatı İdarəsində təəcübdən mat qaldılar.

Yəni bu idarələr Dağlıq Qarabağı işğal etmiş qüvvələrin sərnişin yolunu azaraq işğal altında olan muxtar vilayətin üzərindən keçən sərnişin təyyarələrinə necə “xidmət göstərdiklərini” çox yaxşı xatırlayırlar. 1994-cü ildə martın 17-də elə Xankəndi yaxınlığında işğalçı Ermənistan ordusunun silahlı qüvvələri tərəfindən Moskvadan Tehrana uçan sərnişin təyyarəsi vurulmuşdu. Təyyarədə İran diplomatlarının ailə üzvlərinin, yəni qadınların və uşaqların olduğu regiondakı dispetçer məntəqələrinin hamısına məlum idi. Azərbaycan tərəfi hətta İrana təyyarənin marşurutunu dəyişməyi tövsiyyə etmişdi, amma İran tərəf işğalçı Ermənistan ordusunun beynəlxalq konsensiyalara hörmətlə yanaşacağına ümid etmişdi. Əfsus ki, ümidlər puça çıxdı. İşğalçı erməni ordusu isə bütün dünya ictimaiyyətini başa saldı ki, onlar muxtar vilayətin üzərindən keçən istənilən sərnişin təyyarəsinə döyüş mərmiləri göndərərək, “xidmət göstərməyə” hazırdırlar. Yəni bu erməni yalanına kimsə inanmır.

Amma ANS məsələnin əslini də ortaya çıxarıb. Sən demə, Ermənistan regiona naviqasiya avadanlığı göndərən “TALYES” şirkətini aldadaraq, ondan DVOR/DME aparatları alıb, Ermənistanda yerləşdiriləcəyini söyləyib, amma Xankəndidə quraşdırıb. İndi “TALYES” məsələdən xəbər tutub və İrəvandan həmin avadanlıqları sökərək Ermənistana köçürməyi tələb edir.
Bu xəbər oxucular tərəfindən 1238 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed