Şrift:
Uhanda bütün əhalinin koronavirus testindən keçirilməsinə başlanılıb
15.05.2020 [10:25] - Xəbərlər, Sosial
Yeni növ koronavirusun Çində ilk aşkarlandığı və ən çox yayıldığı Uhan şəhərində bütün əhalinin COVID-19 üçün nuklein turşu (RNT) testindən keçirilməsinə başlanılıb.

Uhan şəhər hökuməti xəbər verir ki, epidemiya ilə mübarizə üzrə operativ qərargah 35 günlük fasilədən sonra mayın 9-da ilk dəfə olaraq altı yeni yoluxma faktı qeydə alındığı üçün bütün sakinlərin 10 gün ərzində test edilməsi barədə qərar qəbul edib. Test prosesi hər bir yaşayış zonalarında əhali sıxlığı və sakinlərin sayı nəzərə alınmaqla xüsusi plan əsasında aparılır. Bu məqsədlə tibb ocaqlarından başqa, şəhərin müxtəlif yerlərində xeyli sayda müvəqqəti test məntəqələri fəaliyyətə başlayıb. Bəzi şəxslərin evlərində test edilməsi də nəzərdə tutulub. Uhanda RNT testinin qiyməti 180 yuan (təxminən 25 ABŞ dolları ) təşkil edir. Amma 11 milyon əhalisi olan Uhanda bütün əhalinin testdən keçirilməsi xərclərini hökumət ödəyəcək. Bu da təxminən 280 milyon dollar deməkdir.



Qeyd edək ki, indiyədək Uhanda 50 min 339 nəfər yeni növ koronavirusa yoluxub. Onlardan 46 min 464 nəfəri sağalaraq evə yazılıb, 3869 nəfər isə ölüb. Virusun sürətlə yayıldığı vaxtlarda yanvarın 23-də Uhanda xüsusi karantin rejimi ilə əlaqədar bu şəhərlərə bütün növ giriş-çıxış bağlanmışdı. Epidemioloji vəziyyətin yaxşılaşması fonunda aprelin 8-də giriş-çıxış qadağası ləğv olunub.
Bu xəbər oxucular tərəfindən 327 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed