Şrift:
Morqan Ortaqus: "Sirus Əsgərinin İrana qaytarılması məhkum mübadiləsi əsasında baş tutmayıb"
03.06.2020 [14:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O qeyd edib ki, Amerika 2019-cu ilin dekabr ayının ortalarından Sirus Əsgərini ölkəsinə qaytarmaq üçün dəfələrlə təlaş göstərib, lakin İran hökuməti hər dəfə bu prosesi ləngidib.


Digər tərəfdən, ABŞ-ın Daxili Təhlükəsizlik nazirinin müavin əvəzedicisi Ken Kuçinelli "Twitter"də İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Əsgəri ilə bağlı sevinc dolu statusuna reaksiya verib.


Birləşmiş Ştatların Miqrasiya və Gömrük Qüvvələrinin təcridxanasında olan və ölkədən deportasiyaları ilə bağlı qərar verilmiş 10 iranlını təhvil almağını da düşünürsünüzmü?, - deyə o, Zərifə xitabən yazıb.


Rəsmi həmçinin qeyd edib ki, Cavad Zərif hər dəfə suni əngəllər yaratmasaydı, hazırda həmin 10 İran vətəndaşı da ölkəsinə qayıtmış olardı.


Ken Kuçinelli sonda bildirib ki, Daxili Təhlükəsizlik Nazirliyi Sirus Əsgərinin ölkədən deportasiya edilərək vətəninə qaytarılması üçün təlaşları dekabr ayının ortalarından başladıb. Lakin İran 2 ay müddətində, yəni fevralın sonlarına qədər Əsgərini qanuni vətəndaşı kimi tanımaqdan və ona İran xarici pasportu verməkdən imtina edib.



Qeyd edək ki, Sirus Əsgəri Ağ Evin İrana qarşı tətbiq etdiyi sanksiyaları pozduğu üçün 2016-cı ildə ABŞ-da saxlanmışdı. O, Ohayo ştatının universitetindən məxfi məlumatları oğurlamaqda və ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozmaqda ittiham olunurdu. Lakin 2019-cu ilin noyabr ayında keçirilmiş məhkəmə Əsgəriyə qarşı irəli sürülmüş ittihamların öz əksini tapmadığını bəyan edərək, ona bəraət vermişdi.
Bu xəbər oxucular tərəfindən 407 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed