Şrift:
Neftçalada “Könüllü qonaq” layihəsi davam edir
30.06.2020 [09:27] - Gündəm, Sosial
Yanvar ayından bəri Neftçala Rayon Heydər Əliyev Mərkəzində “Könüllülər ili” ili çərçivəsində “Könüllü qonaq” layihəsi həyata keçirilir.

Mərkəzin əməkdaşları və könüllüləri layihə çərçivəsində xüsusi karantin rejiminin tələblərinə əməl etməklə rayonun Bankə qəsəbəsində köməksiz vəziyyətdə yaşayan, əmək qabiliyyəti məhdud olan Nizami babanın və Mənzər nənənin qonağı olublar.

Layihə çərçivəsində aztəminatlı ailəyə ərzaq yardımı edilib, ev-eşik, həyət-baca səliqə-sahmana salınıb.
Bu xəbər oxucular tərəfindən 309 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed