Şrift:
Rəfael Qrossi rəsmi səfər çərçivəsində Tehrana daxil olub
25.08.2020 [14:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Onun İranın Prezidenti Həsən Ruhani və Atom Enerjisi Agentliyinin rəhbəri Əli Əkbər Saheli ilə görüşəcəyi gözlənilir.


Xatırladaq ki, baş direktorun İrana səfər edəcəyi barədə məlumatı avqustun 22-də MAGATE yaymışdı.


Rəfael Qrossi sonra yaydığı bəyanatda səfər çərçivəsində İranla bəzi qalmış məsələlər ətrafında birbaşa müzakirə apara bilmək üçün diplomatik kanal yaradılacağına ümidvar olduğunu bildirmişdi.


Baş direktor bir neçə ay əvvəl hazırladığı hesabatda İranın bir sıra sahələrdə, xüsusilə də aşkarlanmış gizli nüvə məkanlarında tapılmış uran izləri ilə bağlı MAGATE ilə əməkdaşlıq etmədiyini bəyan etmişdi.
Bu xəbər oxucular tərəfindən 413 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed