Şrift:
Ərdəbil küçələrində Azərbaycan müxaliflərinə xəbərdarlıq: Abbas Lisaninin canına təhlükə Azərbaycan xalqının qəzəbini oyatmaqdır
22.12.2020 [11:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbilin milli-mədəni fəalları Ərdəbil həbsxanasının 7-ci bölməsində saxlanılan və həkimlərin koronovirus simptomlarının müşahidə edildiyini bildirən siyasi məhbus Abbas Lisaninin sağlamlığına qarşı təhlükəsizlik və məhkəmə sistemi məsullarının laqeydliyinə görə yeni etiraz dalğası başladıblar.



Onlar Əərdəbildə yer üstü piyada keçidi körpüsünün üzərindən “Abbas Lisaninin canına təhlükə Azərbaycan xalqının qəzəbini oyatmaqdır” məzmunlu plakard asaraq, xalqın diqqətini tanınmış siyasi məhbusun sağlamlıq durumuna cəlb edərək təhlükəsizlik, məkəmə sistemi məsullarına və Azərbaycana qarşı olan başqa qüvvələrə xəbərdarlıq ediblər.



İran hökuməti Qarabağın azadlığı uğrunda hərbi əməliyyatların başlamasından sonra güney azərbaycan şəhərlərində ciddi təhlükəsizlik qaydaları uyğulamağa başlayıblar.



Azərbaycan Ordusu ilə həmrəylik edən güney azərbaycanlılara, milli fəallara qarşı təzyiqlər, təqiblər, qanunsuz mühakimə və həbslər, siyasi məhbuslara qarşı tətbiq olunan məhdudiyyətlər, ayrı-seçkilik siyasəti və işgəncələr iran hökumətinin göstərdiyi qəddar münasibətlərin bir hissəsidir.



Eyni halda həbsxanalarda koronovirus infeksiyasının genniş yayıldığı dönəmdə güneyli siyasi məhbuslar müayinə və müalicə sahəsində təhlükəsizlik və məhkəmə sistemi məsulları tərəfindən ən şiddətli məhdudiyyətlər və ayrı-seçkili münasibətləri ilıə üzləşiblər.



Nümunə olaraq Beyənlaxlq Əfv Təşkilatı tərəfindən mühakiməsi və həbsi qanunsuz və ədalətsiz qiymətləndirilən tanınmış siyasi məhbus Abbas Lisani koronovirusun geniş yayıldığı, xəstəliyin simptomlarının onda göründüyü bir halda təhlükəsizlik və məhkəmə məsullarının göstərişi ilə müayinə və müalicəsində laqeydlik nümayiş etdirilib.


Eyni halda neçənci dəfə olaraq ailə üzvləri ilə görüş və telefon danışığına qadağa qoyulub.
Bu, Güney Azərbaycanda geniş etiraz aksiyalarına, sosyal şəbəkə istifadəçilərinin, insan haqları təşkilatlarının ciddi narahatlığına səbəb olub.
Bu xəbər oxucular tərəfindən 415 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed