Şrift:
Ukraynada yaşayan soydaşımız TÜRKSOY-un medalına layiq görülüb
30.12.2020 [11:20] - Gündəm, Sosial
Ukraynada yaşayan soydaşımız, Qazaxıstanın Xarkovdakı fəxri konsulu, Xarkov Diplomatiya Klubunun prezidenti Emin Nəcəfli TÜRKSOY tərəfindən medalla təltif olunub.

Qazaxıstanın Ukraynadakı səfirliyində keçirilən təltifetmə mərasimində E.Nəcəfli TÜRKSOY-un “Albay” xatirə medalına layiq görülüb.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov bildirib ki, qazax xalqının görkəmli və unudulmaz oğlu Abayın 175 illiyinin keçirilməsinin onun irsinin araşdırılmasına bir töhfədir. O bildirib ki, soydaşımız E.Nəcəfli Abay irsinin araşdırılmasında göstərdiyi xidmətə görə bu medala layiq görülüb. D.Kaseinov soydaşımıza Qazaxıstan və Ukrayna arasında münasibətlərin inkişafında göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirib.

E.Nəcəfli AZƏRTAC-a açıqlamasında bildirib ki, 2021-ci ildə Qazaxıstan və Ukrayna arasında bir sıra mədəni və iqtisadi layihələrin gerçəkləşdirilməsi üzərində işlərə başlanılıb.
Bu xəbər oxucular tərəfindən 288 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed