Şrift:
Dövlət qurumlarının əməkdaşları hərbi hissələrə sovqat aparıblar
30.12.2020 [11:42] - Gündəm, Sosial
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Ordubad rayonunda yerləşən sərhəd zastavasında xidməti borcunu yerinə yetirən hərbi qulluqçularla görüşüb, onlara sovqat təqdim ediblər.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olmasının ordumuzun gücünü daha da artırdığını bildirib. Qeyd olunub ki, avqustun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə verilən tapşırığa uyğun olaraq sağlamlıq imkanları məhdud şəxslər tərəfindən 4100 cüt yun corab, 920 ədəd yun şərf və 2900 yun boyunluğun toxunaraq hərbi hissələrə təhvil verilməsi də bu birliyin növbəti bariz nümunəsidir.

Hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

X X X

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Naxçıvan filialının və Kəngərli rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin birgə iştirakı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Kəngərli rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin vətən qarşısındakı müqəddəs xidməti borcunu yerinə yetirən zabit və əsgərləri ilə görüş keçirilib, onlara ərzaq məhsulları və gündəlik tələbat malları təqdim edilib.
Bu xəbər oxucular tərəfindən 278 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed