Şrift:
Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının vətəndaşlığına qəbul haqqında məlumat yayıb
30.12.2020 [12:00] - Gündəm, Sosial
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul haqqında məlumat yayıb.

DMX-dən bildiriblər ki, Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyini bildirən bir neçə şəhid anasının müraciətlərinə müsbət yanaşılıb və Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 29 dekabr tarixli Sərəncamı ilə onların hər biri Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib.

Bu şəxslər bu il iyulun 14-də Tovuz döyüşlərində şəhid olmuş və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr tarixli Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş Mirzəyev İlqar Anzor oğlunun anası Mirzəyeva Gülnar Abdulla qızıdır.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş Əliyev Romir Rəşadət oğlunun anası Əliyeva Miroslava Petru qızıdır.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Məmmədov Rafiq Sahibulla oğlunun anası Rotar Ana Andreyevnadır.

DMX torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhuna dərin ehtiramını bildirir. Allah rəhmət eləsin!
Bu xəbər oxucular tərəfindən 294 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed