Şrift:
Fərəc Quliyev dünya azərbaycanlılarını təbrik etdi
31.12.2020 [01:35] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və 2021-ci təqvim ilinin gəlişi münasibətiylə dünya azərbaycanlılarına təbrik ünvanlayıb. Təbrikdə deyilir:

"Əziz soydaşlar,
Sizləri, qarşıdan gələn "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni İl" bayramları münasibəti ilə təbrik edirəm.
Uğurlu inkişaf və böyük zəfərlərə nail olmağın açarı həmrəylik və birlikdə olduğu üçün, bu idealların simvolu kimi böyük bir məna ifadə edən Həmrəylik Bayramımızın kiçik dövlət olan ailələrimiz və böyük ailə olan dövlətimizə düşərli olmasını diləyir və Sizlərə sağlam həyat, gözəl əhval və böyük uğurlar arzulayıram."
Bu xəbər oxucular tərəfindən 509 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed