Şrift:
Ağdaşda karantin qaydalarını pozaraq gizli fəaliyyət göstərən çayxana aşkarlanıb
28.01.2021 [12:03] - Gündəm, Sosial
Ağdaş rayonu ərazisində xüsusi karantin rejiminin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildiriblər ki, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı Ləki qəsəbəsində icarədar Cavid Məcnunovun qanunsuz olaraq çayxana işlətdiyi məlum olub. Obyektə baxış zamanı orada olan iyirmi müştərinin də xüsusi karantin qaydalarını pozduqları müəyyənləşdirilib. C.Məcnunov və müştərilər rayon polis şöbəsinə gətirilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Onlar məhkəmənin də qərarı ilə cərimələniblər.
Bu xəbər oxucular tərəfindən 328 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed