Şrift:
Türkiyədə İŞİD üzvlərinin saxlanılması istiqamətində irimiqyaslı əməliyyat keçirilib
28.01.2021 [12:06] - Xəbərlər, Türk dünyası-Turan
Başda Balıkesir olmaqla Türkiyənin 58 vilayətində İŞİD terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.

Əməliyyat nəticəsində İŞİD terror təşkilatı ilə əlaqədə olmaqda və terrorçulara maddi dəstək göstərməkdə təqsirləndirilən 148 nəfərdən 126-sı saxlanılıb.

Saxlanılan şəxslərin evlərində axtarış aparılan zaman terror təşkilatına aid çoxlu sayda rəqəmsal material, sənədlər, silah və maddi vəsait aşkarlanaraq götürülüb.

Digər 22 şübhəlinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 490 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed