Şrift:
Gənclər Azərbaycanın şanlı qələbəsinin qazanlmasında misilsiz şücaət göstəriblər
02.02.2021 [10:38] - Gündəm, Gənclik
Xalqımızın tarixində möhtəşəm səhifə açmış 44 günlük Vətən müharibəsində gənclər əsl qəhrəmanlıq nümunəsi sərgiləyiblər. Minlərlə vətənpərvər gənc könüllü olaraq cəbhəyə yollanıb, Azərbaycanın şanlı qələbəsinin qazanılmasında misilsiz şücaətlər göstəriblər

Bu fikir 2 fevral - Gənclər Günü münasibətilə Yevlax Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı, Gənclər və İdman İdarəsi və "Gənclər evi" Sosial Xidmət Müəssisənin birlikdə təşkil edilən videokonfransda səsləndirilib.

Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, YAP Yevlax rayon təşkilatının sədr müavini Elnarə Əzizova Gənclər Günü münasibəti ilə gəncləri təbirik edib, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən, rayonda gənclərin inkişafı üçün yaradılan şəraitdən danışıb.

Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi Binyamin Musayev, YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev, “Kür” qəzetinin baş redaktoru, YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova, “Gənclər evi" Sosial Xidmət Müəssisəsinin direktoru Elgün Əzizov, Gənclərin Karyera və İnkişaf Mərkəzinin direktoru Elvin Əjdərli, YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədri Maqsud Süleymanlı videokonfransda çıxış edərək, gənclərin inkişafı, idmanın kütləviliyi istiqamətindən rayonda görülmüş işlərdən, əldə edilmiş uğurlardan bəhs ediblər.

Sonda pandemiya qaydalarına uyğun olaraq rayonun ictimai siyasi həyatında fərqlənən bir neçə gənc Yevlax Şəhər İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilib
Bu xəbər oxucular tərəfindən 611 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed