Şrift:
Təhsildə Keyfiyyət Təminatı Agentliyi plastik boru qaynaqçısı ixtisası üzrə imtahan təşkil edəcək
22.02.2021 [11:10] - Gündəm, Gənclik, Bildiriş
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Azərbaycan Respublikasının vətəndaşları üçün qeyri-formal (fərdi məşğələlərdə təlim keçmək) və informal (özünütəhsil yolu ilə biliklərə yiyələnmək) üsullarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi, tanınması və peşə ixtisasını təsdiq edən sənədin verilməsi məqsədilə imtahanlar təşkil edir.

Bu barədə TKTA-dan məlumat verilib. Bildirilib ki, növbəti imtahan plastik boru qaynaqçısı ixtisası üzrə keçiriləcək. Bu istiqamətdə özünütəhsil yolu ilə biliklərə yiyələnmiş və müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə təlim keçmiş vətəndaşlar TKTA-ya müraciət edərək imtahanlarda iştirak edə bilərlər.

İmtahan haqqında ətraflı məlumatla Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi saytında tanış olmaq olar.
Bu xəbər oxucular tərəfindən 1078 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed