Şrift:
Azərbaycan güləşçiləri Kiyev turnirini 6 medalla başa vurublar
01.03.2021 [11:48] - Gündəm, İdman
Ukraynada güləş üzrə Kiyev turniri başa çatıb.


Sərbəst güləşçimiz Əhmədnəbi Qvarzatilov (61 kq) ilk görüşdə Macarıstan idmançısına vaxtından əvvəl qalib gəlib. Yığmamızın təcrübəli üzvü ukraynalı rəqibinə də eyni aqibəti yaşadaraq yarımfinala yüksəlib. Qırğızıstan güləşçisindən də güclü olan Ə.Qvarzatilov finala vəsiqə qazanıb. Fevralın 28-də baş tutan sonuncu qarşılaşmada Ukraynanın daha bir təmsilçisi ilə üz-üzə gələn gükəşçimiz inamlı qələbə ilə yığmamıza ikinci qızıl medalı qazandırıb.

Böyüklər arasında debüt edən Cəbrayıl Hacıyev (70 kq) əvvəlcə moldovalı rəqibini üstələyib. Gənc güləşçimiz daha sonra yerli pəhləvan üzərində əzmkar qələbə qazanaraq adını yarımfinala yazdırıb. C.Hacıyev Qırğızıstan təmsilçisinə də gücünü göstərərək finala adlayıb. Həlledici görüşdə Özbəkistanı təmsil edən İlyas Bekbulatovla qarşılaşan C.Hacıyev güclü rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.

Millimizin üzvü Vahid Qalayev (125 kq) startda təcrübəli Rusiya güləşçisini məyus edib. Ancaq daha sonra polşalı həmkarına uduzub. Rəqib finala yüksəldiyi üçün V.Qalayev təsəlliverici görüşə çıxıb və türkiyəli idmançı üzərində əzmkar qələbəyə sevinib. Güləşçimiz bürünc medal uğrunda Moldova təmsilçisi ilə qarşılaşıb və onun da öhdəsindən gəlməklə üçüncü yeri tutub.

Beləliklə, sərbəst güləş yığmamız Kiyev turnirini 2 qızıl, 1 gümüş və 2 bürünc, qadın millimiz isə 1 bürünc medalla başa vurub.

Turnirdə görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı və Həbib Nurulu təmsil ediblər.
Bu xəbər oxucular tərəfindən 67 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed