Şrift:
Kəngərli rayonunda yollarda carı təmir işləri aparılır
08.03.2021 [10:28] - Gündəm, İqtisadiyyat
Muxtar respublikanın ən gənc rayonu olan Kəngərli rayonunda mövcud yol infrastrukturunun yenilənməsi, əlavə yolların salınması, avtomaşınların və piyadaların rahat gediş-gəlişinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Bunun üçün yollarda əsaslı və ya cari təmir işləri görülür, yeni yollar çəkilir. Bu müddətdə rayon mərkəzi Qıvraq qəsəbəsində məhəlləarası yollarda cari təmir işləri aparılıb. Belə ki, bir kilometr məsafədə məhəlləarası yollara qum-çınqıl tökülərək bərkidilib.

Yolun keyfiyyətli təmiri üçün texnikanın gücündən istifadə edilir. Bu kimi tədbirlər hazırda rayonun müxtəlif yaşayış məntəqələrində davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 322 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed