Şrift:
Tayvanda qatarın relsdən çıxaraq aşması nəticəsində ən azı 35 nəfər ölüb
02.04.2021 [09:29] - Gündəm, Hadisə
Çinin Tayvan adasında içərisində təxminən 350 sərnişinin olduğu qatar relsdən çıxaraq aşıb.

Çin mediası xəbər verir ki, Hualien rayonuda yerli vaxtla səhər 9:00 radələrində baş verən qəza nəticəsində ən azı 35 nəfərin öldüyü güman olunur, təxminən 20 nəfər yaralanıb.

Polisin ilkin təhqiqatına əsasən, yamacda işləyən mühəndis avtomobili naməlum səbəblərdən sürüşüb və tunelə girmək istəyən qatara çırpılıb. Səkkiz vaqondan ibarət qatarın 4-cü və 5-ci vaqonları relsdən çıxaraq tunelin divarına çırpılıb.

Hazırda ərazidə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış-xilasetmə işləri aparır.
Bu xəbər oxucular tərəfindən 399 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed