Şrift:
Sərkisyanın Ramil Səfərovdan sonra verdiyi tapşırıq - FOTOLAR
29.11.2012 [11:02] - Xəbərlər, Siyasət
Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti yürüdən Ermənistan dövləti Ramil Səfərov azad olunandan sonra ölkəmizlə bağlı təbliğatını daha da aqressivləşdirib. Bu təbliğat Ermənistan TV-lərində xüsusilə müşahidə olunur.

Ermənistanın dövlət televiziyası son vaxtlar hava proqnozu ilə bağlı siyasətini dəyişdirib. Belə ki, əvvəllər yalnız Ermənistan və işğal altındakı Dağlıq Qarabağın hava proqnozunu verən erməni TV-si Ramil Səfərov Azərbaycana gətirildikdən sonra işğal altında olan digər 7 rayonumuzla bağlı da hava məlumatları yayımlayır.

Bu barədə Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları Elmi-Tədqiqat Laboratoriyasının rəhbəri İsmayıl Tanrıverdi məlumat verib. İ.Tanrıverdinin sözlərinə görə, Ramil Səfərovun Azərbaycana gətirilməsindən sonra Serj Sərkisyanın tapşırığı ilə “Ermənistan 1” dövlət kanalı hava proqnozunu verərkən Cənubi Qafqazın xəritəsini təhrif olunmuş şəkildə, özləri bildiyi kimi təqdim edirlər.
Çalışdığı işlə əlaqədar müntəzəm olaraq erməni TV-lərini izləyən İsmayıl müəllim əməkdaşımızla söhbətdə deyib:
“Serj Sərkisyan qeyd edib ki, “Azərbaycan bu hərəkəti (Ramil Səfərovun azad edilməsi-red.) etdisə, biz daha 7 rayonu da müzakirə mövzusu etmək istəmirik”. Ondan sonra ermənilər Dağlıq Qarabağın ətrafında işğal olunmuş 7 rayonmuzu özlərinin təhrif etdikləri xəritəyə saldılar. Əvvəllər erməni torpaqları kimi ancaq Dağlıq Qarabağ və Ermənistanın xəritəsi təqdim olunurdu. İndi isə 7 rayonu da Ermənistana “birləşdiriblər” və xəritədə olan aradakı boşluğu ləğv ediblər. Erməni torpaqları kimi birinin mərkəzinə Yerevan, digərinə isə Stepanakert yazıblar. 7 rayonu eyni rəngə salıblar və qırmızı ediblər, Stepanakert də hamısının mərkəzi kimi qeyd edilir”-deyə, İsmayıl Tanrıverdi bildirib.

Erməni Araşdırmaları Elmi-Tədqiqat Laboratoriyasının rəhbərinin sözlərinə görə, bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi işə qarışmalıdır, beynəlxalq çərçivədə məsələ qaldırmalıdır./Modern.az/

Sərkisyanın Ramil Səfərovdan sonra verdiyi tapşırıq - FOTOLAR

Sərkisyanın Ramil Səfərovdan sonra verdiyi tapşırıq - FOTOLAR
Bu xəbər oxucular tərəfindən 1549 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed