Şrift:
Azərbaycanın dahi şairi Nizami Gəncəvi Hindistanda anılacaq
30.11.2012 [12:49] - Mədəniyyət
Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi (indönümü) ilə əlaqədar Hindistanda bır sıra tədbirlər keçiriləcək.
Tədbirlər Hindistanın İ.Qandi adına Mədəniyyət Mərkəzi ilə birgə keçirilir. Yubileylə əlaqədar noyabrın 29-dan dekabrın 1-dək Nyu Dehli şəhərində Nizami Gəncəviyə həsr edilmiş elmi konfrans, dekorativ, rəsm, xalça, numizmatika və tematik kitab sərgisi təşkil olunacaq.
Azərbaycanı həmin tədbirlərdə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor əvəzi Teymur Kərimli, professor Qəzənfər Paşayev, Mədəniyyət və Turizm Nazirliyinin bir qrup işçisi təmsil edəcək.
Bu xəbər oxucular tərəfindən 2209 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed