Şrift:
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Məzun günü” keçirilib
01.07.2021 [11:22] - Gündəm, Gənclik, Bildiriş
Bu il Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən 437 tələbə məzun olub. Məzunların 60 faizinin turizm sektorunda və digər qurumlarda işlə təmin olunacağı gözlənilir.

Bu barədə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan “Məzun günü”ndə məlumat verilib.

Tədbirdə Mərkəzin direktoru Qalib Nəbiyev çıxış edərək, məzunları əlamətdar gün münasibətilə təbrik edib, 2020-ci ilin ölkəmiz üçün tarixi əhəmiyyətindən, Vətən müharibəsində qazanılan şanlı Qələbədən, müharibədə mərkəzin müəllim və tələbələrinin iştirakından, ötən tədris ilində əldə edilən uğurlu nəticələrdən danışıb.

Qəbələ Rayon İcra Hakimiyyətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Qəbələ-Oğuz rayonları üzrə nümayəndəliyinin (KOB Dostu) və “Qəbələ Hospitality Qrup”un nümayəndələri çıxışlarında dövlət tərəfindən peşə təhsilinə göstərilən diqqəti xüsusi vurğulayıb, regionda ixtisaslı kadrların yetişməsində mərkəzin rolundan bəhs ediblər.

Məzunlar adından Günay Cumazadə çıxış edərək, gənclərə göstərilən diqqət və qayğıya görə olkə rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirin sonunda tədris və istehsalat təcrübəsində fərqlənən tələbələrə, həmçinin mühəndis-pedaqoji heyətin bir qrup üzvünə fəxri fərmanlar təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 1492 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed